"Taliban" əsirliyindən 60 nəfər azad edildi

Əfqanıstanın cənubunda təxminən 60 nəfər "Taliban" həbsxanasından azad edilib.

Əfqanıstanın cənubunda təxminən 60 nəfər "Taliban" həbsxanasından azad edilib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafə Nazirliyindən verilən məlumata görə, məhbuslar bazar ertəsi gecə Qilmend əyalətinin şimalında Musa-Kala rayonuna yaxın əməliyyatın gedişatında həbsxanadan xilas edilib.

Azad edilən 60-a yaxın əsir arasında 2 həkim, 4 əsgər, 15 polis və bir neçə dinc sakin olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31