İngilis nazirdən etiraf: "Türkiyə ilə bağlı səhv etdik"
17 İyul 2018 13:54 Dünyaİngiltərənin Ətraf Mühit naziri Maykl Qouv ölkəsinin Avropa Birliyindən ayrılması ilə bağlı keçirilən "Breksit seçki kampaniyası" zamanı ultrasağçı səsləri toplamaq üçün ortaya atılan "Türkiyə AB üzvü olacaq" adlı qorxu təbliğatı ilə bağlı səhvə yol verdiklərini etiraf edib.
Bu barədə "Qardian" yazıb.
Breksit zamanı İngiltərənin AB-dən ayrılmasını ən çox dəstəkləyən şəxslərdən hesab olunan Qouv seçki kampaniyası zamanı Türkiyənin AB-yə üzv olacağı barədə səsləndirilən fikirlərin yanlış olduğunu qeyd edib.
İngilis nazir Breksit kampaniyasında istifadə olanan qorxu təbliğatının səhv olduğunu vurğulayaraq, Türkiyəni nümunə göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31