Çin və AB yaxınlaşır: yeni antiamerika bloku

ABŞ-la güclənən ticarət mübahisələri Çin və Avropa Birliyinin vahid antiamerika bloku yaratmasına səbəb olmayacaq.

Bunu Çinin "Qlobal Tayms" qəzetinə açıqlamasında Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun Avropa departamentinin direktoru Çuy Xuntszyan deyib.

"Çin və Avropa Birliyinə qarşı ABŞ-ın təzyiqləri var. Bunun nəticəsində hər iki tərəf narahatlıqlarını dilə gətirir və hətta situasiyanın normal vəziyyətinə qayıtması üçün səylərini də birləşdiriblər. Bununla belə ABŞ-ın ümumi təhdid kimi göstərilməsi Çin-Avropa əməkdaşlığının prinsiplərini poza bilər. Ağ Ev tərfindən rüsumların artırılması Çin və Avropa Birliyinə fərqli cür təsir edəcək. Nəticədə tərəflərdən hər biri fərqli istiqamətlərdə məsuliyyəti üzərinə götürərək, cavab addımları atacaq. Buna görə də antiamerika alyansı qeyri-müəyyən görünür. Yaranacağı halda belə effektiv olacağı şübhəlidir" - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31