Tramp-Putin görüşünün sponsoru açıqlandı
17 İyul 2018 13:26 DünyaRusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasındakı görüşün bütün xərclərini Finlandiya dövləti ödəyib.
Bunu jurnalistlərə açıqlamasında Finlandiya Baş naziri Yuxa Sipilya deyib.
Görüş üçün ayrılan məbləğ isə hələlik açıqlanmayıb.
Sipilya həmçinin danışıqları işıqlandırmaq üçün Finlandiyaya 1500 jurnalistin gəldiyini bildirib:
"Bu, Helsinkini dünyaya tanıtmağa imkan verdi. Söhbət burada Finlandiyanın imicinin yaxşılaşdırılması imkanından gedir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31