"Donbasda bir şərtlə seçki keçirilə bilər" - Poroşenko

Donbassda seçkilər yalnız rus qoşunları oradan çıxarıldıqdan sonra keçirilə bilər.

Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko ICTV telekanalının efirində bəyan edib. 

O, Bildirib ki, Ukraynanın şərqində - Donbassda səsverməyə hazırlıq işlərinə qanunsuz birləşmələr tərksilah edildikdən dərhal sonra başlanılacaq. Poroşenko vurğulayıb ki, prosesin bu cür məntiqi gedişi Şərqi Ukraynadakı münaqişənin nizamlanması üzrə Minsk razılaşmalarında da qeyd olunub. 

Xatırladaq ki, 2014-cü ilin Maydan hadisələrindən etibarən Şərqi Ukraynada - Donbassda hökumət qüvvələrilə qarşıdurma indiyədək davam edir. Donbass əyalətində yerləşən Luqansk və Donetsk münaqişə rayonlarıdır və özlərini "müstəqil" respublika elan etsələr də, beynəlxalq birlik tərəfindən tanınmırlar. Ukrayna böhranının 2014-cü il Minsk razılaşmaları üzrə nizamlanmasilə Rusiya, Ukrayna, Almaniya və Fransanın iştirakilə "Normand formatı" məşğul olur. 


AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31