Müştərilərinə kitab bağışlayan restoran
17 İyul 2018 12:01 DünyaAmerikanın Connecticut əyalətində 1970 -ci ildən fəaliyyət göstərən "Traveler" adlı restoran öz müştərilərinə hədiyyə etməsi ilə tanınır.
Olaylar.az bildirir ki, kitabları çox sevən restoran sahibi ilk olaraq şəxsi kitabxanasından 20 il boyunca müstərilərinə kitab hədiyyə edir.

20 ildən sonra 1993 -cü ildə restoranda restavrasiya işi aparılsada, bu ənənə davam etdirilir. Əvvəllər müştərilərə bir kitab hədiyyə olunurdusa, indi artıq hər bir müştəriyə üç kitab hədiyyə olunur. Restoran tərəfindən hər həftə təxminən 3000 min kitab bağışlanılır.
Restoran sahibi kitabları öz şəxsi kitabxanasından, kitabxana satıcılarından və bukinistlərdən əldə edir.
1970 -ci ildən bu günə qədər 2,5 milyon kitab hədiyyə olunduğu açıqlanıb. Restoranın kitab rəfində hər gün 9 min kitab müştərilərə bağışlanmaq üçün hazır edilir.