Beş Xəzəryanı dövlətin sammiti avqustun 12-də Aktauda keçiriləcək.
Bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib.
Onun sözlərinə görə, bütün dövlətlər diplomatik kanallar vasitəsilə artıq V Xəzər sammitindəki iştirakını təsdiqləyib.
Qeyd edək ki, bu sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.
"Report"