Havay adalarında bir qrup turist gözlənilməz hadisə ilə üzləşib.
Adada püskürən Kilauea vulkanının lavaları turistlər olan qayığa sıçrayıb. Nəticədə 23 nəfər yaralanıb.
Məlumata görə, bir nəfərin bud sümüyü sınıb, digər turistlər isə müxtəlif yanıq xəsarətləri alıb.
Aysel Kərimova
Qafqazinfo