Maradonadan gözlənilməz açıqlama - “Mən fələstinliyəm”

Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona Rusiyada keçirilən dünya çempionatı zamanı Fələstin rəhbəri Mahmud Abbasla görüşüb.

Maradona Abbasla görüşündə "Mən fələstinliyəm" deyərək Fələstin xalqının haqlı mübarizəsinin yanında olduğunu bildirib.

O, Abbasla fotosunu sosial media hesabından paylaşaraq bunları qeyd edib:

"Bu adam Fələstin üçün sülh istəyir. Prezident Mahmud Abbasın haqqı var".

Qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31