Özbəkistanda nüvə stansiyası tikiləcək - 13 milyardlıq layihə

Özbəkistan hökuməti Rusiya Dövlət Nüvə Enerjisi Qurumunun (ROSATOM) təklifini 4 ildən sonra müsbət cavablandırıb.

Özbəkistan prezidentinin mətbuat xidmətindən nüvə stansiyasının ROSATOM-un rəhbərliyində 2028-ci ilə qədər tikiləcəyi bildirilib.

Məlumata görə, stansiyanın hər bloku 1200 meqavatt gücə və dünyanın ən müasir və təhlükəsiz sistemlərdən biri olacaq.

Stansioyanın tikintisinə sərf ediləcək 13 milyard dollarlıq maliyyə isə Rusiya tərəfindən qarşılanacaq.

Qeyd edək ki, ROSATOM ilk dəfə 2014-cü ildə stansiyanın tikintisini təklif etmiş, lakin Özbəkistan tərəfi bunu qəbul etməmişdi. Yalnız ötən ilin dekabrında iki ölkə arasındakı danışıqlarda "Stansiyanın yalnız dinc məqsədlər üçün istifadə edilməsi" şərti ilə müsbət irəliləyiş əldə edilmişdi.

Qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31