Donald Tramp Vladimir Putinlə görüşü “çox yaxşı başlanğıc” kimi dəyərləndirib
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Helsinkidə təkbətək görüşü “çox yaxşı başlanğıc” kimi dəyərləndirib.
16 İyul 2018 18:26 DünyaABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Helsinkidə təkbətək görüşü "çox yaxşı başlanğıc" kimi dəyərləndirib.
Donald Tramp bu fikri danışıqların yekununu şərh etmək barədə jurnalistlərin müraciətinə cavab olaraq söyləyib. "Düşünürəm ki, bu, hamı üçün çox yaxşı başlanğıcdır", - deyə ABŞ Prezidenti bildirib.
Vladimir Putin və Donald Trampın təkbətək görüşü iki saatdan çox davam edib. Görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Maykl Pompeonun iştirakı ilə geniş tərkibdə davam edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31