Ukraynada nə qədər işsiz var?
16 İyul 2018 18:06 DünyaUkraynanın Dövlət Statistika Xidməti işsizlik hesabatı açıqlayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, 2018-ci il iyulun 1-nə Ukraynada 303 min 900 nəfər işsiz qeydə alınıb.
Bir ayda işsizlərin sayı 12 min nəfərdən çox düşüb. İyunun 1-nə 316 min nəfərin işsiz statusu vardı.
Hesabata görə, işsizliyin rəsmi səviyyəsi 1,2% həddindədir.
Ölkədə işsizlik müavinətinin orta məbləği 2 min 425 qrivna (157 manat) təşkil edir.
Novator.az xatırladır ki, iyulun 1-nə Azərbaycanın məşğulluq xidməti orqanları 36,6 min nəfərə rəsmi işsiz statusu verib, işsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin orta məbləği 287,2 manat olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31