Cinayətkar qrup itin başına 70 min dollar pul qoydu

Kolumbiyada "Clan del Golfo" qruplaşması Sombra adlı polis itinin başına 70 min dollar pul qoyub.

Kolumbiyada "Clan del Golfo" qruplaşması Sombra adlı polis itinin başına 70 min dollar pul qoyub.

Qruplaşmanın rəhbəri Dario Antonio Usuqa iti öldürənə bu məbləği verəcəklərini açıqlayıb.

Bu addıma səbəb, Sombranın Avropa və ABŞ-a göndərilən 100 kq kokaini tapmasıdır. Hədələr səbəbilə Sombranın iş yeri dəyişdirilib. O, paytaxt Boqotadakı El Dorado hava limanında işləyəcək.

Qeyd edək ki, "Clan del Golfo"nun minə yaxın üzvü var. Cinayətkar qrup aprel ayında təhlükəsizlik qüvvələrinə hücum etmiş, 8 polis öldürülmüşdü.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31