İlk dəfə uzaq məsafədə yerləşən vulkanlar arasında əlaqə aşkar edildi
Alimlər ilk dəfə bir-birindən çox uzaq məsafədə yerləşən vulkanlar arasında əlaqə olduğunu müəyyənləşdirib.
16 İyul 2018 17:53 DünyaAlimlər ilk dəfə bir-birindən çox uzaq məsafədə yerləşən vulkanlar arasında əlaqə olduğunu müəyyənləşdirib.
Yaponiyada yerləşən Aira və Kirişima vulkanları bir-birindən 22 km aralıda yerləşir. Tədqiqat nəticəsində Airada meydana gələn dəyişikliyin 2011-ci ildə Kirişimada baş verən püskürmə ilə əlaqədar olduğu müəyyənləşib.
Mayami Universitetindən olan alimlər 2 vulkanı birləşdirən maqma gölünü aşkar edib. Aira və Kirişimada aktivlik ardıcıl olaraq yaranır. Əgər bir vulkanda aktivlik müşahidə edilirsə, digərində fəaliyyət dayanır. Vulkanlar arasında görünən əlaqə mövcud deyil, buna görə də Aira və Kirişimanı bağlayan hissənin yerin lap dərinliyində olduğu təxmin edilir.
Qaynarinfo