"İrəvana maliyyə dəstəyimiz artıb və artacaq" - AB

Avropa Birliyi Ermənistana dəstəyini artırıb və bu, son deyil.

Bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının rəhbərinin Ermənistan üzrə nümayəndəsi Pyotr Svitalski deyib. Onun sözlərinə görə, 2018-2020-ci illərdə Ermənistanın maliyyələşməsinə 140-160 milyon avro ayrılıb:

"Bu əvvəlki üçillik proqramdan 25% çoxdur. Bizdən tez-tez soruşurlar ki, Avropa Birliyi Ermənistana nə qədər pul verməyə hazırdır? Əslində söhbət puldan yox, erməni tərəfinin verdiyi layihələrdən asılıdır".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31