Donald Tramp Helsinki görüşündə Putinə göz vurub - VİDEO
16 İyul 2018 17:06 DünyaABŞ prezidenti Donald Tramp Helsinki şəhərində Rusiya dövlət başçısı Vladimir Putinlə keçirilən görüşdə ona göz vurub.
"Sky News"un müxbiri Mark Stoun bu məqəma diqqət edərək "Twitter"də olayın gerçəkləşdiyi videonu yayımlayıb.
Videoda görünür ki, iki liderin mimikası və jestləri oxşardır: onlar əvvəlcə aşağı baxırlar, sonra növbə ilə pencəklərinə toxunurlar, ardından bir anlıq əllərini bir-birinə toxundururlar və sonda onların baxışları toqquşur.
Videonun sonunda Tramp Putinə göz vurur.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31