Rentgen aparatları rəngli fotolar istehsal edəcək

Yeni Zellandiyadan olan mütəxəssislər ənənəvi rentgen aparatı əsasında ilk 3-D rentgen cihazını yaratmağa müvəffəq olublar.

Yeni Zellandiyadan olan mütəxəssislər ənənəvi rentgen aparatı əsasında ilk 3-D rentgen cihazını yaratmağa müvəffəq olublar.

Avropanın "CERN" fizika laboratoriyasının 2012-ci ildə kəşf etdiyi texnologiya əsasında istehsal olunan rentgen aparatı insan orqanlarının rəngli görüntünüsü çəkə bilir. Yeni texnologiya ilə xəstəliklərin daha dəqiq müəyyənləşdiriləcəyi, daha düzgün diaqnozların qoyulacağı bildirilir. 

Cihaz sümük, əzələ və qığırdaqlar arasındakı fərqi, xərçəng şişlərinin ölçü və vəziyyətini aydın göstərə bilir. 

Layihə Yeni Zellandiyanın "MARS Bioimaging" şirkəti tərəfindən maliyyələşdirilir.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31