Melaniya 27 dərəcə istidə “plaş” geyindi

ABŞ-ın birinci xanımı Melaniya Tramp bu dəfə də geyimi ilə medianın mövzusuna çevrilib.

Donald Trampla birgə Helsinkiyə səfər edən Melaniya 27 dərəcə istidə uzunqol üst geymdən istifadə edib. Onun bu görüntüsü tvitterdə sürətlə yayılıb. Birinci xanımın beli kəmərli, sarı rəngli paltosunun İtalyan brendi "Gucci"yə məxsus olduğu yazılır.

Qeyd edək ki, bu gün Helsinkidə Rusiya və ABŞ rəhbərlərinin görüşü var.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31