Çexiyada şir və pələnglər zooparkdan qaçıb

Çexiyanın Ştiti kəndində yerləşən zooparkdan heyvanlar qaçıb.

2 pələng və 1 şirin qəfəsləri necə tərk etməsi hələ məlum deyil.

Hadisə ilə əlaqədar polis kənd sakinlərinə müraciət edərək ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, zoopark bu kənddə 2014-cü ildə yaradılıb.

Zoopark əməkdaşları hadisə ilə bağlı şərh verməkdən imtina ediblər.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31