"Trampla Putin razılaşmayacaq" - Rabinoviç
"Trampla Putin arasında ciddi razılaşma olmayacaq". Bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı bloger Slava Rabinoviç deyib.
16 İyul 2018 15:27 Dünya"Trampla Putin arasında ciddi razılaşma olmayacaq".
Bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı bloger Slava Rabinoviç deyib.
"Sanksiyalara gəlincə isə Putin heç nəyə ümid etmir. Tramp Konqresin icazəsi olmadan bu sanksiyaları ləğv edə bilməz. Bu görüşdən nə isə gözləməyə dəyməz.
Əsas razılaşma humanitar, diplomat və konsulluq məsələləri ətrafında ola bilər. Tərəflər həmçinin yenidən kiçik və orta mənzilli raketlərin məhdudlaşdırılması haqqında danışıqları yeniləyə bilərlər" - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31