"İran qorunmalı, ÜTT yenilənməlidir" - Tuskdan çağırış
"Avropa Birliyi və Çin İranla nüvə razılaşmasının qorunub saxlanılmasının tərəfdarıdır". Bunu jurnalistlərə açıqlamasında Avropa Şurasının rəhbəri Donald Tusk deyib. O bu razılaşmanın ləğvinin AB və Çinin maraqlarına uyğun gəlmədiyini bildirib.
16 İyul 2018 15:23 Dünya"Avropa Birliyi və Çin İranla nüvə razılaşmasının qorunub saxlanılmasının tərəfdarıdır".
Bunu jurnalistlərə açıqlamasında Avropa Şurasının rəhbəri Donald Tusk deyib. O bu razılaşmanın ləğvinin AB və Çinin maraqlarına uyğun gəlmədiyini bildirib.
Tusk həmçinin Rusiya, ABŞ və Çini Ümumdünya Ticarət Təşkilatında tezliklə reformalara başlamağa çağırıb:
"Dünya nizamının qorunması bizim ümumi məsuliyyətimizdir. Xüsusilə bu, Avropa, Çin, ABŞ və Rusiyanın məsuliyyətidir. Biz möcud olan nizamı dağıtmamalı, əksinə onu yaxşılaşdırmalı, ticarət müharibələri başlatmamalıyıq".
Qeyd edək ki, Pekində AB-Çin sammiti başlayıb. Bu tərəflər arasında bu formatda keçirilən 20-ci sammitdir.