Tramp-Putin görüşünün tarixi əhəmiyyəti... – Şərh

"Əvvəlki iki görüşlə müqayisədə tarixi əhəmiyyət baxımından bu görüşün daha sönük keçəcəyini düşünürəm". Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, liderlər arasında hansısa məxfi razılaşma olacağına inanmır:

"Əvvəlki iki görüşlə müqayisədə tarixi əhəmiyyət baxımından bu görüşün daha sönük keçəcəyini düşünürəm".

Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, liderlər arasında hansısa məxfi razılaşma olacağına inanmır:

"Əlbəttə, Tramp və Putin bu cür razılaşmanın olmasını istəyərdi. Lakin Putindən fərqli olaraq Tramp ölkəsində yekdil söz sahibi deyil. Ona görə də, onlar arasında hər hansı razılaşmanın olacağı inandırıcı görünmür".

Politoloq qeyd edib ki, bu daha çox protokol qaydası bir görüş olacaq:

"Tramp mediaya poza verəcək, Putin isə eqosunu yüksəldəcək. Suriya Ukrayna və digər məsələlərdə də tərəflər əvvəlki mövqelərində qalacaqlar".

Qeyd edək ki, bu gün Putin Helsinkidə ABŞ Prezidenti Donald Trampla görüşəcək. Görüşdə əsas müzakirə mövzusu beynəlxalq təhlükəsizlik, Yaxın Şərqdəki vəziyyət və "Şimal axını-2" boru kəmərinin tikintisi olacaq.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31