Özcan atasının yasında illərdir küsülü olduğu həmkarı ilə barışdı
16 İyul 2018 15:04 Dünyaİllərdir ki, külüsü olan iki məşhur- Özcan Dənizlə Mahsun Kırmızıgül arasında baş verən gərginlik sona çatıb. Barışıq ötən gün Özcanın atası Sadiq Dənizin yas mərasimində reallaşıb.
Heç bir məşhurun olmadığı cənazəyə Kırmızıgül gəlib. O, Özcana başsağlığı verərək yas boyu yanında olub.
Qeyd edək ki, ifaçının atası Sadıq Dəniz 1 ildir mübarizə apardığı xərçəng xəstəliyindən vəfat edib.
O, bir neçə ay idi ki, xəstəxanada müalicə alırdı.
"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31