Tramp Putinlə görüşə bu şəxsləri gətirdi

ABŞ və Rusiya prezidentlərinin görüşündə ABŞ Dövlət katibi Mayk Pompeo, prezidentin təhlükəsizlik məsələləri müşaviri Con Bolton da iştirak edəcək.

Bu barədə məlumatı "RİA Novosti" agentliyi yayıb. Agentlik görüşə həmçinin Ağ Ev aparatının rəhbəri Con Kelli və Təhlükəsizlik Şurasının Rusiya üzrə baş müşaviri Fiona Hilin də iştirak edəcəyini deyib.

Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı görüşə Kellinin və Boltonun qatılacağı haqqında məlumat yaymışdı.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31