Çempionluğa görə Parisdə 6 metro stansiyasının adı dəyişdirilib
16 İyul 2018 14:39 DünyaFransa millisinin ikiqat dünya çempionu olması şərəfinə Parisdə 6 metro stasiyasının adı müvəqqəti dəyişdirilib.
İki stansiya Fransa yığmasının baş məşqçisi Didye Deşamın şərəfinə adlandırılıb. Bunlar "Clemenceau Notre Didier Deschamps" və "Deschamps Elysees"dir.
Bir stansiya komandanın qapıçısı Uqo Lyorisin şərəfinə "Victor Hugo Lloris" adlanacaq. Daha bir stansiya komandanın formasına ikinci ulduzun əlavə olunmasına görə dəyişdirilərək, "On a 2 Etoiles" adlandırılıb. Nəhayət, komandaya dünya çempionu olması qarşılığında təşəkkür əlaməti olaraq, "Bercy les Bleus" adlı stansiya peyda olub.
Qeyd edək ki, Fransa millisi Rusiyadakı dünya çempionatının finalında Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31