Ermənistan Ədliyyə Nazirliyinə məxsus binanın fasadı uçub, ölən və yaralanan var

Ermənistan Ədliyyə Nazirliyinin "Təcrübə mərkəzi" dövlət təşkilatının Yerevandakı binasının fasadının uçması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Hər ikisi mərkəzin əməkdaşıdır.

Bildirilib ki, yaralı baş-beyin travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır. 

"Report" "Sputnik"ə istinadən xəbər verir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31