Yerin orbitindəki kosmik zibilin miqdarı hesablandı
Bu gün Yerin orbitində 2 min ton aktiv peyk və 7 min ton kosmik zibil var.
16 İyul 2018 13:21 DünyaBu gün Yerin orbitində 2 min ton aktiv peyk və 7 min ton kosmik zibil var.
Bunu məşhur astronom Conatan Makdauell hesablayıb. Bildirilir ki, kosmik zibilin əsas hissəsi ABŞ tərəfindən istehsal edilib.
İyul ayının əvvəlinə aid hesablamalara görə, Yerin orbitində 7.200 ton kosmik zibil var. Onun 3.200 tonunu ABŞ-a məxsus raket və zondlara aiddir. 1.700 ton isə Rusiya və SSRİ-yə, 900 ton Avropaya, 450 ton isə Çinə məxsusdur. Digər ölkələr isə cəmi 950 ton zibil istehsal ediblər.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31