Mogerini: "ABŞ unutmamalıdır ki, onun dostu kimdir"

"ABŞ adminstrasiyası kimin onların dostu olduğunu unutmamalıdır".

Bunu Avropa İttifaqının xarici əlaqələr üzrə Ali komissarı Federika Mogerini Helsinkidə ABŞ və Rusiya rəhbərlərinin görüşündən öncə bəyan edib.

O deyib: "Biz bilirik ki, ABŞ bizim dostumuzdur və adminstrasiyanın dəyişməsi dostluqu dəyişmir. Ümid edirəm ki, ABŞ adminstrasiyasına yaxşı məlumdur ki, kim onların dostudur".

Qeyd edək ki, bu gün Helsinkidə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin görüşəcəklər. D.Tramp artıq Finlandiyadadır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31