Şahzadə ilə evlənən aktrisanın atasından İNANILMAZ AÇQILAMA: “Qızım acı çəkir”

Kral ailəsinin ən yeni üzvü Meqan Marklın atası Tomas Markl qızının bədbəxt olduğunu deyib.

Meqan Marklla atası Tomas Marklın münasibətləri getdikcə korlanır. Qızının toyuna getməyən, jurnalistlərlə razılaşaraq pul müqabilində poza verən və bu sayədə təxminən 500.000 dollar qazanan Tomas Markl bu gün yenə də İngilis mətbuatına danışıb.

Tomas Markl 36 yaşlı qızının şahzadə Harri ilə evləndikdən və İngiltərəyə köçdükdən sonra çox çətinlik çəkdiyini və təzyiq altında yaşadığını iddia edib: "Məncə, Meqan çox böyük təzyiq altındadır. Təbəssümündə bir ağrı var. Qızımın görüntülərini izləyəndə qorxduğunu başa düşürəm. Bunu gözündən, üzündən və təbəssümündən oxuyuram. İllərdir gülümsəməsini görürəm və onun gülüşünü bilirəm. Gördüklərim məni narahat edir. O ailəylə evlənməyin bədəli çox ağırdır".

Daha sonra o, "Məcbur olduğu üçün gülümsəyir. Rəsmən ağrı içində gülümsəyir" , - deyə əlavə edib.

Atası onu da bildirib ki, qızı ilə toydan sonra da görüşmək imkanı olmayıb. Onun sözlərinə görə, ilk dəfədir ki, Meqan Marklla belə uzun müddət ünsiyyət saxlaya bilmir. "Mən saraya məktub göndərdim, amma cavab almadım" , - deyə Tomas Markl etiraf edib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31