İrlandlı Putinə "Dövrümüzün ən böyük lideri" dedi, ingilislər özündən çıxdılar
16 İyul 2018 13:02 Dünyaİrlandiyalı boksçu və MMA döyüşçüsü Conor McGregor (Konor Makqreqor) paylaşımı ilə qalmaqala səbəb olub.
O, Dünya Çempionatının final matçı zamanı Rusiya prezidenti Putinlə çəkilən fotosunu şəxsi Instagram hesabında yayıb.
Konor fotoya şərh olaraq "Bizim dövrümüzün ən böyük lideri olan Putinin dəvəti ilə Dünya Çempionatının final matçında iştirak etmək mənimçün şəfərdir", - sözlərini yazıb.
İrlandiyalı idmançının bu hərəkəti ingilislərin qəzəbinə səbəb olub. İzləyicilər Konoru şərhlərdə "yıxıb-sürüyüblər".

Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31