"İnstagram"a görə Okfsord universitetindəki təhsilini atdı

21 yaşlı ingilis qız İnstaqram fenomeni olmaq üçün dünyanın ən prestijli təhsil ocaqlarından olan Oksford universitetindəki təhsilini yarımçıq qoyub.

21 yaşlı ingilis qız İnstaqram fenomeni olmaq üçün dünyanın ən prestijli təhsil ocaqlarından olan Oksford universitetindəki təhsilini yarımçıq qoyub.

Qreys Beverlinin bu hərəkəti Dumanlı Albionda geniş marağa səbəb olub.

Oksford universitetinin musiqi fakultəsində təhsil alan 21 yaşlı Qreys ali təhsildən əvvəl yüksək səviyyəli 4 dövlət məktəbində oxuyub və hər zaman əla qiymətlər alıb. Amma Beverli "GraceFitUK" adlı İnstaqram səhifəsinə vaxt ayıra bilmədiyi üçün təhsilini yarımçıq qoyub.

10 min izləyicisi olan İnstaqram səhifəsinin sahibi hər paylaşıma görə 100 sterlinq, 100 min izləyicisi olan şəxs isə 350 sterlinq qazanır. Beverlinin isə "Youtube" kanalında 366 min, İnstaqramda isə 840 min izləyicisi var.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31