Parisdə qələbəni qeyd edənlər iğtişaş törətdi
16 İyul 2018 12:25 DünyaParisdə Fransanın futbol üzrə dünya çempionatının qalibi olması münasibətilə keçirilən şənliklər zamanı naməlum şəxslər iğtişaşlar törədib. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bununla bağlı BFM məlumat yayıb.
Məlumatlara görə, Fransa qələbə qazandıqdan sonra yüz minlərlə insan bunu qeyd etmək üçün küçələrə axışıb.
Həmçinin, küçədə ictimai asayişi pozan onlarla gənc peyda olub.
Qanun pozucuları mağazaların şüşələrini sındırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31