Kim Çen In “xalq düşmənləri”ni əfv edəcək
16 İyul 2018 12:22 DünyaBu ilin avqustunda Şimali Koreyada amnistiya gözlənilir.
Bununla bağlı Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Amnistiya sentyabrın 9-da qeyd olunacaq ölkənin yaradılmasının 70 illiyinə həsr olunub.
Amnistiya ölkəyə və xalqa qarşı cinayət törədən şəxslərə aid ediləcək və avqustun 1-də başlayacaq.
Sonuncu dəfə KXDR 3 il əvvəl amnistiya keçirib. O zaman bu, Koreya yarımadasının Yaponiyanın müstəmləkəçiliyindən azad olunmasının 70 illiyi münasibəti ilə təşkil olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31