Üç gün öncə Pakistanda mitinq zamanı baş verən partlayışda ölənlərin sayı artmaqda davam edir.
Bəlucistan əyalətində qeydə alınan insidentdə itki artıq 150-yə çatıb.
Bildirilir ki, partlayış nəticəsində yaralı sayı da artaraq 186 nəfər olub.
Qeyd edək ki, terrorçu-kamikadzenin törətdiyi partlayışa görə məsuliyyəti "İŞİD" öz üzərinə götürüb.
"Qafqazinfo"