Nurgül Yeşilçayın yeni serialda hər bölüm üçün tələb etdiyi məbləğ açıqlandı

Bir illik fasilədən sonra türkiyəli aktrisa Nurgül Yeşilçay yenidən ekranlara qayıdır.

Olaylar.az türk mediasına istinadən bildirir ki, "Gülpəri" adlanan serialın ssenarisi Fatma Girikin 1982 -ci ildə baş rolda çəkildiyi "Gülsüm ana" filminin motivləri əsasında yazılıb.

Nurgül Yeşilçayın tərəfmüqabili Timuçin Esen vəkil obrazını canlandıracaq.

Ssenari müəllifi Eylem Canpolat və Sema Ergenekonun olduğu serialda aktrisa Nurgül Yeşilçayın hər bölüm üçün alacağı məbləğ məlum olub. Aktrisa hər bölüm üçün 150 min, Timuçin Esen isə 50 min lirə tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31