İsrail Suriya ordusuna aid aeroportu bombaladı

İsrailin Hərbi Hava Qüvvələri Suriyanın şimalında Neyrab aeroportu ərazisin Suriya ordusunun mövqelərinə raket zərbələri endirib.

Bu haqda SANA dövlət agentliyi bildirib.

Agentliyin informasiyasına görə, hücum nəticəsində yalnız maddi itki vurulub, ölən və yaralananlar yoxdur.

Suriya ordusunun komandanlığının nümayəndəsi İsrailin növbəti hücumunu "təcavüzün yeni aktı kimi" qiymətləndirib.

"Bu, Dera və Əl-Kuneytrada Suriya ordusuna məğlub olan terrorçu dəstələrə ümidsiz dəstək cəhdidir", - o vurğulayıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31