43 il sonra oğurladığı şokoladın pulunu ödədi - FOTO

Britaniyalı 43 il əvvəl "Belle Vale" ticarət mərkəzindən oğurladığı şokolada görə "təzminat" ödəyib.

Bunula bağlı ticarət mərkəzinin "Twitter" hesabında oğrunun məktubu dərc olunub.

O, zərfin içərisində 5 funt-sterlinq göndərərək, məktub da yazıb. Məktubunda 1975-ci ildə hələ uşaq ikən oğurladığı şokoladdan yazıb:

"Üzr istəyirəm. Burada sizə borclu olduğum məbləğ var".

Ticarət mərkəzinin administrasiyası da ona təşəkkürünü bildirib və "bu cür əməllər insana inamı qaytarır" deyə qeyd ediblər.

Посмотреть изображение в Твиттере

Belle Vale Shopping@BelleValeSC

Restoring our faith in humanity  Thank you.

14:00 - 13 июл. 2018 г.

Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31