Tarixdə bu gün: 15 iyul hadisələrindən iki il ötdü

Türkiyədə FETÖ-çular tərəfindən hərbi çevriliş cəhdindən 2 il keçir.

15 iyul gecəsində qiyamçılar Ankara və İstanbul başda olmaqla bir çox şəhərdə strateji obyektləri ələ keçirmiş, TRT kanalı vasitəsilə ölkədə hərbi çevriliş edildiyini elan etmişdilər.

F-16 qırıcı təyyarələrlə parlament binası və bir çox mühüm binalar bombalanmışdı.

Prezident Rəcəb Tayyib Ərdoğan xalqa səsləndikdən sonra minlərlə insan küçələrə axışmış və silahlı terrorçulara qarşı mübarizə aparmışdı.

Qiyamçıların sadə vətəndaşlara və polislərə yerdən və göydən atəş açması nəticəsində 248 nəfər ölmüş, 1537 nəfər isə yaralanmışdı. Bundan başqa, 24 çevrilişçi ölü, 50-si isə yaralı olaraq ələ keçirilmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31