Marsda kabus təpələri tapıldı — Milyard il yaşı var

Astronomlar Mars planetində kabus təpələri adlandırılan struktur kəşf ediblər.

Astronomlar Mars planetində kabus təpələri adlandırılan struktur kəşf ediblər.

Bu geoloji hadisə bir neçə il əvvəl Yerdə də kəşf edilib. İndi isə yüzlərlə belə qum təpəsi Qırmızı planetdə də kəşf edilib. Alimlərin fikrinə əsasən, bu təpələrdə Marsın qədim iqlimi haqqında məlumat var.

Qırmızı planetin Ellada düzənliyində 480-dən çox belə təpə var. 300 qum təpəsi isə Gecə labirintində yaranıb. Alimlərin fikrinə görə, burada qum təpəsi yarananda hündürlüyü 40 metr, Ellada düzənliyində isə 75 metr olub. Hər iki ərazidə 2 milyard il əvvəl baş verən faciə nəticəsində qum təpələri 6 metrə qədər batıb.

Gecə labirinti vulkanları ilə məşhurdur. Bu səbəbdən təpələri lava dağıda bilərdi. Ellada vadisi isə iki kanyonun ətrafında yerləşir. Burada da su faktoru ola bilərdi. 

Astronomlara isə bu təpələr nə vaxtsa ərazidə güclü küləklərin əsdiyindən xəbər verir.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31