“Twitter” 7 milyon izləyici itirdi
13 İyul 2018 17:46 Dünya"Twitter"-in saxta hesabları müəyyən edərək izləyici siyahısından çıxarması maraqlı hadisələrə yol açıb.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, saxta hesabların müəyyən edilərək izləyici siyasından çıxarılmasından sonra bir çox dünya ulduzu 2 milyon izləyici itirib.
Beləki, "Twitter"-in ən çox izləyici sayına malik istifadəçisi Keti Perrinin izləyiciləri təxminən 2.5 milyon azalıb. Keçmiş ABŞ prezidenti Barak Obamanın izləyici sayı isə 2.1 milyon azalıb.
Qeyd edək ki, son dövrdə saxta xəbər və istifadəçilərə qarşı həyata keçirdiyi tədbirlərdən sonra "Twitter"-in rəsmi hesabının izləyici sayı 7.7 milyon azalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31