İraqda hücum - Ölən və yaralananlar var
İraqın şimalındakı ət-Tarmiyə şəhərində baş vermiş terror hücumu nəticəsində azı 2 nəfər həlak olub.
16 May 2018 17:12 Dünyaİraqın şimalındakı ət-Tarmiyə şəhərində baş vermiş terror hücumu nəticəsində azı 2 nəfər həlak olub.
Üzərinə partlayıcı maddə bağlamış intiharçı matəm karvanına hücum etməyə çalışıb.
Təhlükəsizlik qüvvələri intiharçını zərərsizləşdirərək hücumun qarşısını ala bilib. Hadisə zamanı daha 4 nəfər yaralanıb.
Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31