Taliban Əfqanıstanda şəhəri ələ keçirdi
Əfqanıstanda Taliban terrorçuları Fərah vilayətinin mərkəzini mühasirəyə alıb və bir hissəsini ələ keçirib.
15 May 2018 15:26 DünyaƏfqanıstanda Taliban terrorçuları Fərah vilayətinin mərkəzini mühasirəyə alıb və bir hissəsini ələ keçirib.
Şəhərdə vali, polis şöbəsi və hava limanı ətrafında silah səsləri eşidilir. Hücumlara gecə saatlarında start verilib. Qarşıdurmada 7 təhlükəsizlik əməkdaşı yaralanıb. Digər mənbədə yaralılar arasında mülki vətəndaşların olduğu da bildirilir. Təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib, 16 Taliban üzvü isə yaralanıb.
Silahlı qarşıdurma hələ də davam edir.
Qaynarinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31