Ukrayna üçün növbəti "zərbə"– Putin də GƏLƏCƏK

Bu gün Rusiyanın əsas hissəsi ilə ilhaq edilmiş Ukraynanın Krım yarımadasını birləşdirən körpünün açılışı olacaq.

Açılış mərasimi yerli vaxtla saat 14:00-da başlayacaq.

Mərasim president Vladimir Putinin iştirakıyla keçəcək. Yeni körpüdən ilk olaraq ixtisaslaşdırılmış texnikada onun inşaatçıları keçəcəklər. Körpü Kerç boğazının üzərində tikilib.

Xatırladaq ki, Krım 2014-cü ilin martında keçirilmiş referendumdan sonra Rusiyaya birləşdirilib. Krım yarımadanı müvəqqəti işğal edilmiş ərazi hesab edir. Qərb, o cümlədən ABŞ, BMT və Avropa İttifaqı Krımın ilhaqını tanımır. Rusiya prezidentinin sözlərinə görə, Krım məsələsi "qəti bağlanıb".

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31