Türkiyədən müsəlman ölkələrinə ÇAĞIRIŞ: "İsraillə münasibətlərinizə yenidən baxın"

Türkiyə müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırır. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Türkiyə müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırır.

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Baş nazir bildirib ki, Türkiyə İsrailin fələstinlilərə qarşı fəaliyyətini kəskin şəkildə pisləyir:

"Türkiyə əvvəllər də olduğu kimi Fələstini dəstəkləyəcək".

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Ötən gün İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Son məlumata görə, qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.

Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31