ABŞ Rusiyanın unikal silahını açıqladı
11 May 2018 10:54 DünyaRusiya istehsalı olan "Kinjal" raket kompleksinin dünyada analoqu yoxdur.
Bu sözləri "The National Interest" nəşrinin nümayəndəsi Deyv Macumdar deyib.
Onun fikrincə, bu rus raketləri uçuş zamanı manevr etmək gücünə malikdir və gözlənilməz trayektoriyasına görə onun tutulması çox çətindir, ancaq onu hipersonik silah hesab etmək olmaz. Çünki o, lazımi mühərriklə təmin olunmayıb.
"Buna baxmayaraq, "Kinjal" qorxunc silahdır", - analitik qeyd edib.
Xatırladaq ki, "Kinjal" ilk dəfə Rusiya prezidenti Vladimir Putin tərəfindən bu ilin martında təqdim olunub.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31