TSK-də gizlənən 300 FETÖ-çü haqda həbs qərarı

İstanbul Baş Prokurorluğu terrorla mübarizə əməliyyatı nəticəsində TSK-da (Türkiyə Silahlı Qüvvələri) gizlicə fəaliyyət göstərən 300-ə yaxın FETÖ-çünün həbsi barədə qərar çıxarıb.

Keçirilən əməliyyat nəticəsində 300 şübhəlidən 150-si tutulub. Onların işinə İstanbul Polis Departamentinin Terrorla mübarizə şöbəsində baxılacaq.

Digər şübhəlilər haqda da axtarış və tutulma əmri verilib. 

Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31