BƏƏ ilə ABŞ birləşdi - İranlılar "terror dəstəkçiləri" adlanacaq

Birləşmiş Ərəb Əmirliklərində ABŞ tərəfindən sanksiya siyahısına daxil edilən İran vətəndaşları və qurumları "terror dəstəkçiləri" adlanacaq.

Bu barədə BƏƏ-nin WAM rəsmi xəbər agentliyi məlumat yayıb.

Xəbərə görə, qərar BƏƏ-nin Nazirlər Kabineti tərəfindən qəbul edilib və BƏƏ ilə ABŞ arasında sağlam əməkdaşlıq nəticəsində gerçəkləşdiyi ifadə edilib. Sözügedən insanlar və qurumlar real niyyətlərini gizləyərək bölgədəki sabitliyi pozmaq proseslərinə maliyyə yardımı etməkdə ittiham olunur. Bu çərçivədə qara siyahıya alınanların İran İnqilab Keşikçilərinə bağlı Qüds Qüvvələri və yardımçılarına milyonlarla dollar transfer etdiyi irəli sürülüb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyindən dünən verilən açıqlamada 6 nəfər və qurumun Xarici Qüvvələrin Nəzarəti Ofisi tərəfindən sanksiya siyahısına salındığı bildirilmişdi. Sözügedən 6 nəfərdən 3-ü İranda doğulan şəxslər olub. 3 qurumun da İranda qeydiyyatda olduğu bilgisi verilib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31