Qadının 11 əri olduğu üzə çıxdı – Baxın ona nə etdilər

Somalidə 11 əri olmaqda ittiham edilən qadın daşlanaraq qətlə yetirilib.

Metbuat.az-ın  verdiyi məlumata görə, hadisə "əş-Şəbab" terror qruplaşmasının nəzarətindəki Sablale şəhərində baş verib. İddialara görə, qadın əvvəlki həyat yoldaşlarından boşanmadan 11 dəfə evlənib.

Boğaza kimi torpağa basdırılan qadın terrorçular tərəfindən daşlanıb. Mühakimə terrorçuların nəzarətindəki məhkəmədə həyata keçirilib.

Qeyd edək ki, yerli qaydalara görə, qadının 1-dən çox əri ola bilməz. Kişilər isə 4 xanımla eyni anda ailə qura bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31