Türkiyədən Yəmənlə bağlı bəyanat
10 May 2018 23:29 DünyaYəmənin suverenliyinə təhdid yaradan Sokotra adasındakı proseslərdən dolayı narahatıq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.
"Bu çərçivədə proseslərlə bağlı olan bütün tərəflərin Yəmənin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə dəvət edirik. Tərəfləri mövcud durumu daha da gərginləşdirəcək addımlardan qaçmalıdır. Yəmən böhranının danışıqlar yolu ilə həllinin tərəfdarıyıq", - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus hərbi texnikalar Yəmən yaxınlığındakı Sokotra adasında yerləşdirilmişdi.
BƏƏ-nin bu addımı Yəmən siyasi dairələrində ciddi narahatlıqla qarşılanmışdı.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31