Su anbarı daşdı, 48 nəfər öldü - FOTO
10 May 2018 23:01 DünyaKeniyanın Nakuru əyalətində aramsız yağan yağışlar səbəbindən Solaj su anbarı daşıb.
Hadisə nəticəsində 48 nəfər ölüb.
Daşan su 7 kilometrlik məsafədə fəsadlar yaradıb. Bölgədə yaşayan 2500-dən çox insan təxliyyə edilib və hazırda təxliyyə işləri davam edir. Xilasetmə işlərinə əsgərlər və polislər də cəlb edilib.
Fəlakətdən sonar yüzlərlə ev yarasız hala düşüb, elektrik dirəkləri yerindən qopub.
Qeyd edək ki, Keniyada 2 aydır davam edən güclü leysan yağışlarının səbəb olduğu sel daşqınlarında 132 nəfər ölüb, 260 min nəfər evsiz qalıb.





Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31